11.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 11.XI.2022-ci il tarixində 20 noyabr Uşaq hüquqları Konvensiyası günü münasibətilə “Uşaqlar hər bir dövlətin sabahıdır” adlı ədəbi-bədii gecə keçirtdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir”, təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev “Şəhid ailələrində böyüyən uşaqlara münasibətdə məsuliyyətli olmalıyıq”, MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva “Uşaqların hər biri dövlətin gələcəyidir”, Azərbaycan dili ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Uşaqlara qayğı hər bir insanın borcudur” , psixoloq Qətibə Mustafayeva “ Hüquqlarınızı bilmək sizə yaşamağı öyrədəcək”, ingilis dili müəlliməsi Günel Hacıyeva “Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar”, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət və qayğı“, tarix müəlliməsi Kəhriz Həsənova “20 noyabr Uşaq Hüquqları Konvensiyası günüdür”,TTİUDM Rza Ələsgərov “Uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilən fəaliyyət”, kitabxana müdiri Ruziyə Abbasova və kitabxanaçı Jalə İsmayılova “20 noyabr Beynəlxalq Uşaqlar günüdür” adlı çıxışlar etdilər. Tədbirdə V sinif şagirdlərinin ifasında şeirlər, mahnılar, səhnəciklər göstərildi. Sonda musiqi müəlliməsi Təranə Hacıyevanın rəhbərliyi ilə uşaqlar xorla “Dostluq himni”ni ifa etdilər.